Ötən gün ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın fond bazarının çökməsinə səbəb olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı milyarderlər 16 milyard dollar pul itirib. 

Onlar arasında Azərbaycan əsilli iş adamı, "Lukoylun prezidenti Vahid Ələkbərov da var. İş adamının sanksiyalara görə, 1 gündə 1,37 milyard dollar sərvətini itirdiyi yazılır.

Ən çox pul itkisi ilə üzləşən rusiyalı iş adamı isə "Norilskiy nikel holdinqinin sahibi Vladimir Potanindir.  o, 2,25 milyard dollar sərvətindən məhrum olub.