UEFA Avroliqanın 1/4 final mərhələsinin oyunlarından sonra növbəti klub reytinqini açıqlayıb.

Unikal.org xəbər verir ki, siyahıda 7 Azərbaycan təmsilçisi də var. Ən yaxşı nəticə "Qarabağa məxsusdur. Ağdam təmsilçisi 20.500 xalla əvvəlki kimi 73-cü pillədə qərarlaşıb.

442 komandanın yer aldığı siyahıya "Real (İspaniya) başçılıq edir. Madrid təmsilçisinin hesabında 156.000 xal var. "Kral klubunun ən yaxın izləyiciləri "Bavariya (Almaniya) və Madrid "Atletikosudu. Münhen təmsilçisi və "hindular ötən reytinq cədvəli ilə müqayisədə yerlərini dəyişiblər.

İlk onluq

1. Real (İspaniya) - 156.000

2. Bavariya (Almaniya) - 134.000

3. Atletiko (İspaniya) - 133.000

4. Barselona (İspaniya) - 132.000

5. Yuventus (İtaliya) - 126.000

6. Sevilya (İspaniya) - 113.000

7. PSJ (Fransa) - 109.000

8. Mançester Siti (İngiltərə) - 100.000

9. Arsenal (İngiltərə) - 90.000

10. Borussiya (Dortmund, Almaniya) - 89.000

Azərbaycan klubları

73. Qarabağ - 20.500

191. Qəbələ - 5.250

244-256. Keşlə - 3.825

Zirə - 3.825

Neftçi - 3.825

Kəpəz - 3.825

Xəzər Lənkəran - 3.825