Ermənistanın Tavuş vilayətində 3 nəfər minaya düşüb.

Unikal.org erməni mətbuatına istinadən verdiyi məlumata gör, hadisə dünən günorta saatlarında Ayqepar kəndində baş verib.

Kəndin üç sakini göyərti yığarkən təsadüfən minaya düşüblər. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.