Misirin ən məşhur klublarından olan "Zəmələkdə növbəti dəfə məşqçi istefası olub.

Unikal.org xəbər verir ki, "Zəmələkin prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib. Qalal 2014-cü ilin aprelindən bəri komandada çalışan 23-cü məşqçi idi. Məhz həmin vaxtdan Mortada "Zəmələkdə prezident kimi fəaliyyətə başlayıb. Komanda Misir çempionatında 3 tur ardıcıl məğlub olduqdan və Afrika Konfederasiyalar Kubokunda mübarizəni dayandırdıqdan sonra prezident 23-cü dəfə məşqçi istefasına əl atıb.

Mortadanın qovduğu mütəxəssislər arasında məşhur şotland Aleks Makliş və Misir yığmasının əfsanəvi futbolçusu olmuş Mido da var. Birinci postunda cəmi 65, ikinci isə 37 gün qalmışdı.

"Zəmələk Misir çempionatında 3-cü pillədə qərarlaşıb və lider "Əl-Əhlidən 25 xal geri qalır.