Dünya şöhrətli çexiyalı rejissor Miloş Forman dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, rejissorun ölümünün səbəbləri barədə hələ dəqiq məlumat yoxdur. 

Amma Forman uzun müddətdir hansısa xəstəliklə mübariz aparıb. Bununla bağlı o dəfələrlə həkimə müraciət edib. 

Miloş Forman dünən dünyasını dəyişib

Qeyd edək ki, Miloş Forman "Ququ quşu yuvası üzərindən uçarkən, "Amadey, "Ayda adam, "İnamı qoruyun, "Xalq Lerri Flintə qarşı filmlərin müəllifləridir. Rejissor bu filmlərə görə "Ən yaxşı rejissor işi" nominasiyasında Amerika kino akademiyasının mükafatlarına layiq görülüb.

İkinci dünya müharibəsi illərində Çexoslovakiyanın işğalı zamanı valideynlərini Osvensiumda itirib. 1968-ci ildə Çexoslovakiya sovet qoşunlarının əlinə keçəndən sonra Forman ABŞ-a mühacirət edib və orada öz karyerasını qurub.