ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hava zərbələri nəticəsində dağıdılan bəzi obyektlərin görüntüləri yayımlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Şamın şərqindəki Bərzan elmi araşdırma mərkəzində meydana gələn görüntülər xüsusi diqqət cəlb edib.

Belə ki, mərkəz tamamilə bombalar nəticəsində dağıdılıb. Yalnız bir şam ağacı qalıb.

Bu arada Suriyaya endirilən zərbələrə görə, xalq küçələrə axışıb və ABŞ, İngiltərə, Fransaya öz etirazlarını bildiriblər.