Rusiya nəqliyyat sahəsində ABŞ-a qarşı sanksiyalar hazırlayır.

Unikal.org  "Ren TV"-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Maksim Sokolov bildirib.

O, qeyd edib ki, iqtisadi sahədə ABŞ-a qarşı cavab tədbirləri üzərində iş gedir. Lakin nazir Birləşmiş Ştatlara qarşı bu sahədə hansı tədbirlərin görüləcəyi barədə xəbər verməyib.

"Mən bu barədə anons verməyəcəm. Biz bunun üzərində işləyirik", - deyə Sokolov bildirib.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın fiziki və hüquqi şəxslərinin adlarının olduğu sanksiya hazırlayıb.