SON XƏBƏRLƏR
25 Aprel 2018
Bakıda maskalılar yanacaqdoldurma məntəqəsində basqın etdi - ANBAAN VİDEO
HADİSƏ 15:32 / 16.04.2018
Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.

Unikal.org Movqe.az-a istinadən bildirir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.