Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl abidəsinin önünə əklil qoyub.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

*** 11:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Unikal.org-un xəbərinə görə, dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.