SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
Şagird sinif yoldaşlarını və müəllimini yaralayıb, məktəbi yandırmaq istədi
DÜNYA 11:57 / 18.04.2018
Rusiya Federasiyası Başqırdıstan Respublikasının Sterlitamak şəhərində məktəblərdən birində insident baş verib.

Unikal.org RİA "Novosti" Agentliyinə istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatında deyilir ki, şəhərin 1 nömrəli məktəbdə adı açıqlanmayan 17 yaşlı yeniyetmə informatika kabinetinə girərək, qız şagirdi əlindən bıçaqla yaralayıb, sonra isə müəllimə hücum edib.

Bunun ardınca o, yandırıcı mayeni kabinetə tökərək od vurub, daha sonra isə özünə bıçaqla xəsarətlər yetirib.

Yanğından mühafizə siqnalının işə düşməsindən qorxan qız şagirdlərdən biri pəncərədən tullanmaq istəyib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Yeniyetmə saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ümumilikdə dörd nəfər xəsarət alıb. Bunlardan biri müəllim üçü şagirddir. Xəstəxanadan bildirilib ki, müəllim əməliyyat olunacaq.

Məktəb binası hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Hadisənin motivləri hələlik məlum deyil. İnsidentin baş verdiyi məktəbdə psixi cəhətdən zəif inkişaf edən şagirdlər təhsil alır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.