Adanada gənc qız "Sənə təcavüz etsəm vur məni" deyən sevgilisini ov tüfəngiylə vuraraq öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kozan mahalında sitrus mevələri bağında baş verib. Məhəmməd Yıldırım sevgilisi Yetər.A ilə danışmaq üçün 18 yaşlı bacısı F.Y ilə (18) birlikdə sitrus meyvələri bağındakı evə gedib. Bir müddət burada söhbət edən Yıldırım və Yeter A. arasında mübahisə çıxıb. Çölə çıxan Yıldırım avtomobilində olan ov tüfəngini alıb və yenidən həmin evə qayıdıb.

O silahı sevgilisinə verərək "Sənə təcavüz etsəm vur məni deyib. Yıldırım bir müddət sonra gənc qızı təcavüz edib. Yıldırım bir müddət sonra gənc qıza təcavüz edib.

Bundan sonra da Yetər A, ov tüfəngiylə Yıldırıma atəş açıb. Qanlar içində qalan Yıldırım hadisə yerində həyatını itirib. Cinayətdən sonra Yeter A. və Yıldırımın bacısı F.Y. hadisə yerindən qaçıb.

Silah səslərini eşidən vətəndaşlar, həmin bağa gediblər və orada Muhammet Yıldırımı qanlar içində tapıblar. Hadisə yerinə çağırılan təcili yardım əməkdaşları Yıldırımın öldüyünü bildiriblər.

Yıldırımın cənazəsi Kozan Dövlət Xəstəxanası meyitxanasına aparılıb. Araşdırmaya başlayan jandarma heyəti Yeter A. və Yıldırım'ın bacısı F.Y.saxlanılıb. Polis bölməsinə aparılan cinayət şübhəlisi Yetər A. ifadəsində "Biz evlenməyə hazırlaşırdıq. Mənə təcavüz etdi öldürdüm" deyib. İstintaq davam edir.