Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Təngərüd kənd sakini Ağayev Elman Mirbaba oğlu yolu keçərkən kənddə emal üçün süd toplayan Masallı sakininin idarə etdiyi avtomaşın tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.