Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org repor-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb.

Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.