Çilidə klinikada qaz sızması nəticəsində baş vermiş güclü partlayış nəticəsində 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insident Konsepsyon şəhərindəki "Sanatorio Alemán" klinikasında baş verib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür .