Xəbər verdiyimiz kimi, İrəvanda başlayan etiraz aksiyaları geniş vüsət alıb. Etiraz aksiyası paytaxtındemək olar ki, bütün küçə və prospektlərində nümayiş etdirilir. Etiraz aksiyasına rəhbərlik edən "Vətəndaş müqaviləsi Partiyasının lideri deputat Nikol Paşinyanın Ermənistan baş naziri Serj Sərkisyanla görüşü nəticəsiz başa çatıb.

N. Paşinyan S.Sərkisyanın ölkədəki vəziyyəti təsəvvür edə bilmədiyinihakimiyyətin xalqa keçdiyini vurğulayıb. S. Sərkisyan N. Paşinyanın danışmaq arzusunun olmadığını söyləyərək görüşü tərk edib.

Unikal.org xəbər verir ki, aksiyalara dövlət qurumlarında çalışanlar da qoşulub. S.Sərkisyanın baş nazir postuna gəlməsinə etiraz edən dövlətqurumlarının birində onun portreti binanın pəncərəsindən yerə atılıb.