Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "Mi-17 markalı helikopteri cəlb olunub.

Bu barədə  unikal.org-a FHN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları paralel olaraq Flövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən də davam etdirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.