Ankarada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanla görüşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir: "Dünyada belə münasibətləri olan başqa iki dövlət yoxdur. Türkiyə və Azərbaycan bu gün həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edir."