SON XƏBƏRLƏR
22 May 2018
Bir neçə nazir istefa verdi - VİDEO
DÜNYA 21:28 / 26.04.2018

Ermənistanda 13 gündür ki, kütləvi aksiyalar davam edir.

Bu gün daha bir neçə nazir və qubernator istefa verib. İri ranqlı məmurlar ölkəni qeyri-müəyyən vaxtadək tərk edərək xaricə üz tutublar.

Unikal.org bildirir ki, müxalifətin "Çıxış" fraksiyasının rəhbəri Nikol Paşinyan artıq xalqın qələbəsini elan edib. O bildirib k, "Hakim partiya öz üzərinə hakimiyyətin təhvili ilə bağlı öhdəliklər götürməlidir. Bunu nə qədər tez edərsə, Ermənistan üçün bir o qədər yaxşı olar".

Paşinyan baş nazir vəzifəsini icra edən Karen Karapetyana ölkədə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı xəbərdarlıq edib.

Yaranmış gərgin situasiyada Ermənistanın dövlət rəsmiləri bir-birinin ardınca Rusiyaya üz tutublar. Baş nazirin müavini Armen Qevorkyan bu gün Rusiyanın paytaxına gedib. Onun bu gecə İrəvana qayıdacağı deyilir. Ölkədə mitinqlərin keçirildiyi bir zamanda xarici işlər naziri Edvard Nalbandyan da Rusiyaya gedib.

Bu arada, bu gün istefa verən nazirlərin sayı 4-ə çatıb. İdman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyanın adrınca, ərazi idarəetmə və inkişaf üzrə nazir David Lokyan, təhsil və elm naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, həmçinin Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubenrnatoru Aşot Simonyan istefa qərarlarını açıqlayıblar.

Müxalifətin lideri Nikol Paşinyan isə bildirib ki, İrəvanın mərkəzi küçələrində aksiyaçılara qarşı müəyyən qüvvələr tərəfindən təxribatlar törədilir. Paytaxtda çoxlu sayda nömrəsiz avtomobillər peyda olub. Onlar maşınları insanların üstünə sürür, təhlükə törədir, bilərəkdən yol hərəkəti qaydalarını pozurlar. Onlar aksiyanı gözdən salmaga çalışırlar. Paşinyan həmin qüvvələrə xəbərdarlıq edərək bildirib ki, dayanmasalar onların havadarları üçün çox pis olacaq.

Bir sıra ekspertlər Karen Karapetyanın seçkilərə qədər baş nazir vəzifəsini Nikol Paşinyana təhvil verəcəyini proqnozlaşdırırlar. Parlamentdəki "Çiçəklənən Ermənistan" fraksiyasının nümayəndələri də küçələrə çıxaraq nümayişçiləri dəstəklədiklərini bəyan ediblər. Daha sonra "Daşnaksütün"un təmsilçiləri də bu addımı atıblar. Ermənistanın yeni baş nazirinin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə olunacaq.

Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın dövlət başçısı Armen Sarkisyan telefonla ölkədəki vəziyyəti müzakirə ediblər. Hər iki prezident bildirib ki, məsələnin həllinə bütün siyasi partiyalar məsuliyyətli yanaşmalıdır.

Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan aprelin 23-də hakim respublikaçılar partiyasının sədrliyindən istefa verib. O, partiyaya sədrliyə Karen Karapetyanın namizədliyini irəli sürüb.