"Səni axtarıram verilişində qalmaqallı iddialar irəli sürülüb.

Unikal.org xəbər verir ki, proqramda bildirilib ki, qayınana kürəkəninə ağır xəsarətlər yetirib. Verilişə gələn zərərçəkənin anasının sözlərinə görə, oğlu yuxuda olan zaman evə daxil olan qayınana onun üzərinə "kislota töküb.

Valideyn həmçinin deyir ki, ardınca şüşəni onun başına vurub. Aldığı xəsarətlər nəticəsində onun oğlunun vəziyyəti ağırdır.