21 Oktyabr 2018
20 Oktyabr 2018
Benzin və dizel 10 faiz bahalaşdı - Yunanıstanda
DÜNYA 20:52 / 13.05.2018
Yunanıstanda benzin və dizel 10 faiz bahalaşıb. 

Unikal.org "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər ay ərzində yanacağın bahalaşmasını ABŞ-ın İrana qarşı sanksiya tətbiq etmək niyyəti ilə əlaqələndiriblər. Yunanıstan tələbatı üçün zəruri neftin əhəmiyyətli hissəsini güzəştli qiymətlərlə İrandan alır. 

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə sazişindən çıxmasını elan etməsindən dərhal sonra 6-7 faiz bahalaşıb. Bahalaşma hər gün davam edir. Artıq 1 litrinin qiyməti 1,6 avro olan 95 markalı benzinin qiyməti 2 avroya çatıb. Dizel yanacağının 1 litri isə 1,38 avroya satılır. Yanacaq satışı ilə məşğul olan şirkətlər benzin və dizellə bağlı 60 faizə çatan vergi və rüsumların aşağı endirilməsini də tələb edirlər.