Canluici Buffon mövsümün sonunda "Yuventusu tərk edəcək.

Unikal.org xəbər verir ki, "Yuve rəhbərliyi artıq Buffona əvəzləyici tapıb. Turin nəhəngi "Cenoanın qapıçısı Mattia Perinlə anlaşıb. Onun transferi üçün 8 milyon avro ödənilib.

25 yaşlı qapıçı ilə 5 illik müqavilə bağlanıb. Mattianın illik məvacibi 2 milyon avro olacaq.