Türk televiziya tarixinin ən uzunömürlü serialı olan "Kurtlar Vadisi"nin musiqilərini bəstələyən Gökhan Kırdar ağzından qan gəldiyi üçün xəstəxanaya yerləşdirilib.

Unikal.org  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin tanınmış bəstəkarlarından olan Kırdar bir neçə gündür reanimasiyadadır. Maltepe şəhərindəki xəstəxanaya yerləşdirilən bəstəkarın vəziyyəti ağırdır.

Xatırladaq ki, 2002-ci ildən bu günə qədər "Kurtlar Vadisi" serialının musiqilərini hazırlayan Kırdar 2004-cü ildə "Kurtlar Vadisi" VOL1 və VOL2 adlı soundtrak albomlarını yazıb.