Bu gün səhər saat 09:00 radələrində Ziya Bünyadov prospektiylə Qara Qarayev prospektini birləşdirən körpüdə (Koroğlu stansiyasına yaxın) intihara cəhd edib.

Unikal.org xəbər verir ki, hadisə şahidlərinin Modern.az-a verdiyi məlumata görə, bir nəfər orta yaşlı kişi əlində benzin avtomobil qarışıq özünü yandırmaq istəyib. Polislərin müdaxiləsinə baxmayaraq, şəxsi fikrindən daşındırmaq mümkün olmayıb. O, avtomobilə od vuraraq yandırıb və hadisə yerindən qaçmağa başlayıb.

Yolda uzun bir tıxac yaransa da, Nizami rayon polis idarəsinin əməkdaşlarının səyi nəticəsində hadisə insan tələfatı olmadan ötüşüb. Avtomobilin salonun tamamilə yandığı bildirilir.