SON XƏBƏRLƏR
20 Iyun 2018
Qubada 3 uşaq atası faciəli şəkildə öldü
HADİSƏ 17:16 / 22.05.2018
Quba rayonunda 3 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Xınalıq kənd sakini Ramin Sultanağa oğlu Muğbilov qoyun sürüsünü qışlaqdan yaylağa apararkən rayonun Qayadalı kəndi ərazisində nasaz vəziyyətdə olan yüksək gərginlikli cərəyan xəttinin yerə yaxın məsafədən keçən hissəsinə toxunub və cərayan onu vurub. Nəticədə R.Muğbilov hadisə yerində ölüb.

Qeyd edək ki, o ailəli olub, 3 azyaşlı uşağı var.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.