SON XƏBƏRLƏR
21 Iyun 2018
Muxtar Babayev Bərdədə vətəndaşların problemləri ilə maraqlandı - FOTO
CƏMİYYƏT 16:51 / 25.05.2018

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 25-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bərdə rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının binasında Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.

Unikal.org xəbər verir ki, qəbuldan əvvəl nazir Muxtar Babayev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik,hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərləbağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.