SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu göndərdi
SİYASƏT 18:05 / 25.05.2018
Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

Unikal.org  xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Milli bayramınız – Müstəqillik Günü və Gürcüstan dövlətçiliyinin bərpasının 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

1918-ci ilin mayında Azərbaycan və Gürcüstanın dövlətçilik tarixində mühüm hadisə baş vermiş, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız öz müstəqilliyini bəyan etmişlər.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin hazırkı mərhələsində ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İnanıram ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji, nəqliyyat layihələri, hərtərəfli və dinamik inkişaf edən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.