SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
SİYASƏT 18:56 / 25.05.2018
Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.
Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.
Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
Bundan əlavə, Kuba, Yunanıstan, Mərakeş, Sudan, İsveçrənin və Koreyanın dövlət başçıları da Prezident İlham Əliyevi təbrik ediblər.