SON XƏBƏRLƏR
25 Sentyabr 2018
"Real" "Liverpul"a qalib gəldi - VİDEO
İDMAN 22:55 / 25.05.2018

Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyevdə Madrid "Real”ının, "Liverpul”un, Çempionlar Liqasının əfsanələrindən ibarət komandalar, o cümlədən Andrey Şevçenkonun dostlarından qurulmuş kollektiv mini yarışda güclərini sınayıblar.

Unikal.org-un verdiyi xəbərə görə, yarımfinalda Şevçenkonun dostları Çempionlar Liqasının əfsanələrini 5:1, "Real”ın əfsanələri isə "Liverpul”un əfsanələrini 9:3 məğlub edib.

Finalda "Real”la Şevçenkonun dostları yarışıb. Görüş heç-heçə başa çatıb – 3:3. Qolları ukraynalılardan Oleq Lujnı, Andrey Voronin, Sergey Rebrov, "Real”ın əfsanələrindən isə Esteban Kambiasso, Alvaro Arbeloa və Davor Şuker vurub.(oxu.az)