"Polşa Azərbaycan, Gürcüstan, Ukrayna və digər Avropa ölkələrini birləşdirəcək nəqliyyat dəhlizinin inkişafına dəstək verə bilər.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Ancey Duda Tbilisidə keçirilən beynəlxalq "Krynica İqtisadi Forumunda çıxışında deyib.

A.Duda qeyd edib ki, Polşa həmçinin İpək yolunun inşasında da iştirak edə bilər.

Dövlət başçısı çıxışında Gürcüstanın Cənubi Qafqazda Polşanın vacib tərəfdaşı olduğunu bildirərək, iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.