Məşhur rusiyalı qapıçı Aleksandr Filimonov karyerasını başa vurmaq qərarına gəlib.  

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı qapıcının son klubu ikinci liqa təmsilçisi "Dolqoprudnı olub. O, dünən Qərb zonasının 26-cı turunda "Luki-Energiya ilə matçda yaşıl meydanlara vida edib.

Filimonovun karyerasındakı son görüşünü izləyənlər arasında Oleq Romantsev, Dmitri Aleyniçev, Yuri Kovtun, Maksim Buznikin kimi digər sabiq "Spartaklılar da olub.

Qeyd edək ki, Filimonov Moskva klubunun heyətində 6 dəfə Rusiya çempionu titulunu qazanıb. Son illər çimərlik futbolunda da çıxış edən veteran qapıçı bu idman növündə Rusiya və dünya çempionu olub, eləcə də Avroliqa və Qitələrarası kubokunu əldə edib.