Millimizin hücumçusu Ramil Şeydayevin yeni klubu məlum olub.

Unikal.org xəbər verir ki, son mövsümü "Qarabağda keçirən, müqaviləylə "Trabzonspor"a məxsus olan 22 yaşlı futbolçu karyerasını Avstriyada davam etdirəcək. Şeydayev Bundesliqada mübarizə aparan "Mattersburq" klubu ilə razılaşıb. Bu barədə məlumatı klubun prezidenti Martin Puxer verib.

Klub rəhbəri müqavilənin detalları barədə açıqlama verməyib. Amma Ramilin Avstriya təmsilçisində də icarə əsasında çıxış edəcəyi gözlənilir.

"Mattersburq" Avstriya Bundesliqasını 10 komanda arasında 6-cı pillədə başa vurub.