Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matçda "Qəbələ və "Keşlə üz-üzə gələcək. Hər iki komanda bu günə kimi ölkə kubokuna sahib olmayıb. "Qəbələ iki dəfə, "Keşlə isə ("İnter adı altında) 4 dəfə həlledici matça vəsiqə qazansa da, kuboka yiyələnə bilməyib.

Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçiriləcək qarşılaşma Azərbaycandan növbəti avrokubok mövsümünə qatılacaq sonuncu komandanın adına aydınlıq gəlməsi baxımından əhəmiyyətlidir. "Keşlə bugünkü matçdan qalib ayrılsa, ölkəmizin növbəti avrokubok mövsümündəki son iştirakçısı olacaq. Əks halda isə bu vəsiqəyə ölkə çempionatını 4-cü pillədə başa vurmuş "Zirə sahib çıxacaq. 

Qarşılaşma saat 20:00-da start götürəcək.

Azərbaycan kuboku, final

28 may

20:00 Keşlə - Qəbələ
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu