Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Unikal.org-un məlumatına görə, final matçında "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gəlib. Qarşılaşma "Keşlə" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 71-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. Beləliklə, 2017/2018 mövsümünə yekun vurulub. Azərbaycan Kubokunun qalibi olan "Keşlə" komandası Avropa Liqasında çıxış etmək imkanı qazanıb.