Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. 

Unikal.org-un məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edib.

Bu, "Qarabağın çalışdırıcısının yığmanın "sükanı arxasında 4-cü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyildi. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gəlib. Buna qədər iki dəfə qalib gəlib, 1 dəfə "sülh bağladığımız asiyalılar yenə məğlubiyyətə üzülüblər. Millimiz uğurlu seriyanı 3:0 hesablı qələbə ilə davam etdirib.

Bu, eyni zamanda Qurbanovlu yığmanın ilk qalibiyyəti olub və yığmamız 2018-ci ilin "siftəsini rəsmiləşdirib.

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.