"Maşın" şounun növbəti buraxılış günü geridə qalıb.

Unikal.org-un məlumatına görə, yarışmanın növbəti səs vermə günündə müğənni Rahidə Baxışova səs verməyə çıxarılıb.

İfaçı öncə heç bir xanıma toxunmayacağını açıqlayaraq, səs toplayacağı halda əməkdar artist Abbas Bağırovu verilişdən uzaqlaşdıracağını vurğulayıb. 

Sonra müğənni hədəfini dəyişərək, Pərvini verilişdən uzaqlaşdıracağına söz verib. Nəticədə Rahidə Baxışova başda olmaqla, avtomobil ətrafındakı hər kəs Pərvinin getməsinə səs istəyib. Sadəcə Abbas Bağırov neytral mövqeyini qoruyub.

Proqram zamanı tərəflər arasında qalmaqal yaşanıb. Daha sonra tərəflər sakitləşib.

Sonda R. Baxışova 46,34% "qalsın"a səs toplayaraq yarışmanı tərk edib.