SON XƏBƏRLƏR
20 Iyun 2018
Ordumuz raket və artilleriyanı İŞƏ SALDI (VİDEO)
CƏMİYYƏT 16:45 / 13.06.2018
Qoşunların bu il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələri 122 mm-lik yaylım atəşli reaktiv sistemləri və 152-mm toplardan döyüş atışlı məşqlər keçirib.

Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.