Ağdaş rayonunda adam oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Unikal.org DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 12-də Ağdaş rayonunun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. R.Xəlilov və M.Mustafayev saxlanılıblar. RPŞ-də araşdırma aparılır.