Türkiyənin Konya bölgəsində 5 aydır çobanlıq edən Əfqanıstan vətəndaşı Feyzullah Amade oğruluq etdikdən sonra polisi aldatmağa çalışıb. 

Amade mal-qaranı onun oğurladığını sahibi və polis anlamasın deyə özünü döydürüb.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Feyzulla Amadenin yalan şikayətinə görə polis 2 gün ərzində hadisəni törədənləri axtarıb. 2 dəfə ifadə verən çobanın şikayətləri bir-birini tamamlamayıb. Onun bu cür şikayətindən sonra  polislər şübhələnib. 

Ancaq sonradan həbs olunacağından qorxan çoban hər şeyi etiraf edib. Sahibinin sürüsündən 45 baş iribuynuzlu heyvanın oğurlanmasını izah edə bilmədiyi üçün yalan danışıb:

"45 heyvanın qiyməti 250 min lirə edir. Bu pulu ödəyə bilməzdim. Ona görə özümü döydürüb əl-qolumu bağlatdım ki, məndən şübhələnməsilər".

Heyvanlar tapılaraq sahibinə təhvil verilsə də, Feyzullah Amade polisi yanıltmağa cəhd göstərdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub.