Müğənni Əlikram Bayramov "5/5" verilişinin qonağı olub. 

Unikal.org xəbər verir ki,  Ə.Bayramov aparıcı Zaur Kamalın "Əlikram "Arvaddan qorxursan? Üzündə nəsə dəyişiklik etmisən" sualına maraqlı cavab verib:

"Efirdə o qədər sual verilir ki, məni arvaddan qorxan kimi tanıyırlar. Gərək hər şeyi edim ki, aparıcılar mənə verməyə sual tapmasınlar. Mənə həmişə deyirlər ki, Zaura niyə cavab vermirsən. Şou yaradır, nə cavab verim? Vaxtında evə gedib, gələn adamam, niyə məni qısqansın? Xanımıma hörmət edir, ondan qorxmuram. Üzümə nəsə vurmamışam. Üzümü dartdırmamışam. Amma gərək dartdırardım, krem vurardım, belə suallar verəndə yandırmazdı məni".