Atası həbs edilən Karen Qriqoryan vəzifəsindən gedib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı, iki gün əvvəl həbs edilən Manvel Qriqoreyanın oğlu Karen Qriqoryan Eçmiədzinin meri vəzifəsindən istefa verib. 

Karen Qriqoryanın özü də bu barədə Facebook-da yazıb: "Mən - Karen Qriqoryan öz istəyimlə istefa verirəm. Qeyd edək ki, Eçmiədzində vilayətin "feodalı hesab edilən Karen Qriqoryana qarşı etiraz aksiyası keçirilmişdi. Nümayişçilər baş nazir Nikol Paşinyanın fotolarını qaldırmış və "məxməri inqilabın simvollarından istifadə etmişdilər. 

Xatırladaq ki, general Manvel Qriqoryan Ermənistan ordusunun Cəbrayıl və Füzulinin işğalında iştirak etmiş 5-ci briqadasının komandiri olub. O, Füzilinin talan olunmasına başçılıq edib, azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlığı ilə seçilib.