17 Noyabr 2018
16 Noyabr 2018
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanıldı
HADİSƏ 13:26 / 18.06.2018
İyunun 17-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 76 cinayət faktı qeydə alınıb.

Unikal.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, axtarışda olan 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayınan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.  Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.