SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
Avtomobil dərəyə aşdı: 1 ölü, 1 yaralı
HADİSƏ 18:51 / 18.06.2018

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan və ölən şəxsin kimliyi məlum olub.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu gün saat 16:30 radələrində "Mercedes” markalı yük avtomobili Ağsu çayı üzərindəki körpüdən bir qədər aralı yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü İmamverdiyev Rahib Əhmədalı oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Vahidov Niyaməddin Şöhlü oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Rahib İmamverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.