SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"
İDMAN 15:05 / 19.06.2018
Bu gün Çempionlar Liqasının yeni mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatması olub. Püşk Azərbaycan çempionu "Qarabağ”ın qarşısına Sloveniyanın "Olimpiya” komandasını çıxarıb.

Unikal.org xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun "facebook” səhifəsinə püşkün nəticəsi ilə bağlı açıqlama verib:

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

"Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.