Evdə təşkil olunan qonaqlıqda iştirak edən 250 nəfər zəhərlənib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Hindistanın şimalında baş verib. Zəhərlənənlərdən 250-dən çoxu xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 3 uşağın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi "Vaştu Şanti" adlanan təmtəraqlı "evgördü" qonaqlığına təxminən 500 nəfər dəvət olunub.

Həkimlər zəhərlənmənin qidadan baş verdiyini ehtimal edir.