"Pambıq tarlalarında baş vermiş zəhərlənmələr narahatedici hadisədir. Bu, məsələnin araşdırması prezident İlham Əliyevin birbaşa nəzarətindədir.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir: "Pambıqçılıq sahəsi kimyəvi maddələrin tətbiqini zəruri edir. Amma burada əsas məsələ təhlükəsizlik və tətbiq qaydalarına ciddi riayət etməkdir. Bu öhdəlikləri məhz fermerlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər.