Tatarıstanın Zainsk şəhərində yaşayış binasında qaz balonu partlayıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış mənzillərdən birində təmir işləri aparılan zamanı baş verib. 

Faktla bağlı araşdırma aparılır.