Çinin Sindao əyalətinin Şençjen şəhər məhkəməsi 10 nəfəri ölüm hökmünə məhkum edib

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxslərin edam olunmasına səbəb narkotik vasitələrlə əlaqədar cinayətlər törətməsidir. Bildirilir ki, qərar qəbul olunduğu gün icra olunub.

Müttəhimlər narkotik vasitələrin istehsalı, satışı və dövriyyəsində təqsirli bilinib. Edam olunanlar arasında qadınlar da var. 

Qeyd edək ki, Çin narko-tacirlərə qarşı ən amansız cəza tətbiq edən ölkələrdən sayılır. Eləcə də sözügedən ölkə ölüm hökmünün ən çox icra edildiyi ölkələrdən biridir.