ABŞ-da restoranlardan biri Prezident Donald Trampın mətbuat xidmətinin rəhbəri Sara Sandersə xidmət etməkdən imtina ediblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident Vircinya ştatının Leksinqton şəhərindəki Red Hen restoranında baş verib. Masaya 2 dəqiqə müddətində xidmət edilib. Daha sonra sahibkar onu (Sara Sandersi - red) və ailəsinin restoranı tərk etməsini istəyib.

Sara Sanders tvitter hesabında baş verənləri təsdiqləyib və sahibkarın qadın olduğunu vurğulayıb.