Ötən axşam Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnib.

Unikal.org xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.

Sosial şəbəkələrdə Y. Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olur ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayırmış. Azərbaycana gəlişinin səbəbinin də icra başçısına qarşı həyata keçirmək istədiyi plan olub.