Türkiyədə uqandalı əkiz bacılara qarşı cinayət və cinsi təcavüzdə ittiham edilən iki azərbaycanlı dostlara qarşı ömürlük həbs cəzası tələb edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2016-cı ildə Azərbaycan vətəndaşları olan Kənan Rəfiyev və dostu Sunay Həsənov 340 lirə qarşılığında uqandalı bacılarla cinsi əlaqəyə giriblər.

K.Rəfiyev ikinci dəfə əlaqəni tələb etsə də bacılardan biri -Beatris etiraz edib. Bu səbəbdən o qadının boğazından sıxıb, daha sonra döyərək zorla əlaqəyə girib. Qadının qışqırdığını görə K.Rəfiyev Beatrisə aid telefonu və 300 TL pulunu alıb.

Bacısının səsinə gələn Violeti isə Sunay Həsənov kabellə boğaraq öldürüb. 

Sunay 31 yaşlı Violeti qətlə yetirməkdə, Kənan isə onun öldürülməsinə sövq etməkdə, həmçinin Beatrisə qarşı cinsi və fiziki hücumda ittiham edilərək ömürlük azadlıqdan məhrum edilib. Kenan Rəfiyev isə öldürmə və təcavüz iddiasını qəbul etmədiyini və bəraət qərarı verilməsini tələb edib. Ancaq məhkəmə qərarını dəyişməyib.

Qeyd edək ki, hər iki şübhəli evdən qaçıb Azərbaycana yola düşmək üçün avtobusa minmək istəyərkən saxlanılıblar.